Ayasofyada yeni geyim qaydaları tətbiq olundubackend

Ayasofyada yeni geyim qaydaları tətbiq olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Muzey statusu dəyişdirilərək məscidə çevrilən Ayasofyaya hicabsız, qısa və ya dekolte geyimdə girməyə icazə verilməyəcək.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, 86 il muzey statusu daşıyan Ayasofyanın məscidə çevrilməsi ilə məbədə giriş üçün yeni geyim qaydaları tətbiq olunmağa başlanılıb. Bunun üçün məscidin girişində müvafiq geyim qaydalarını əks etdirən stendlər quraşdırılıb.

Qaydalarda məscidə hicabsız, qısa və ya dekolte geyimdə girməyin qadağan olunduğu bildirilir. Ayasofya məscidini ziyarət etmək istəyən turistlər üçün məscidin girişində kombinezon və hicab paylanılır.