Azərbaycan neftinin qiyməti ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ

Azərbaycan neftinin qiyməti ilə bağlı SON DƏQİQƏ XƏBƏRİ

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

NOCOMMENT..az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,41 ABŞ dolları və ya 0,35% azalaraq 115,52 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 115,93 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.