Azərbaycan üzgüçülük tarixində bir İLKbackend

Azərbaycan üzgüçülük tarixində bir İLK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclərin Avropa çempionatında bürünc medal qazanıb.

Federasiyanın Mətbuat Xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, 18 yaşlı idmançı finalda 200 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan yarışda 3 üzgüçü ilə təmsil olunur. Yarışda Vəlizadə ilə yanaşı, Rəşad Alquliyev və Əbdürrəhman Rüstəmov da mübarizə aparır.