Azərbaycandakı QİÇS xəstələrinin sayı AÇIQLANDIbackend

Azərbaycandakı QİÇS xəstələrinin sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda ümumilikdə qeydiyyatda İİV infeksiyası aşkar olunmuş şəxslərdən 6 255 nəfəri Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) daşıyıcısıdır.

NOCOMMENT xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan Yeniavaz.com-a verilən məlumata görə, onlardan 2 230 nəfəri İnyeksion Narkotik İstifadəçiləridir.

Bu ilin ötən dövrü ərzində Anti Retro Terapiyaya cəlb olunan 409 pasiyentdən 60 nəfəri inyeksion narkotik istifadəçisidir. 1988-ci ildən etibarən İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların ümumilikdə sayı 1 108 nəfər olub.