Azərbaycanın xristian icma nümayəndələri Hadruta gəliblərbackend

Azərbaycanın xristian icma nümayəndələri Hadruta gəliblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin xristian dini icmaları nümayəndələri Xocavənd rayonunun işğaldan azad olunmuş Hadrut qəsəbəsinə gəliblər.

NOCOMMENT xəbər verir ki, bu səfər Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən qarşıdan gələn Pasxa bayramı münasibətilə təşkil olunub.

Xristian icmaların nümayəndələri Hadrutda bir sıra dini məbədləri ziyarət edəcək, şəhidlərimizin rəhməti üçün dua oxuyacaq, ayinlər icra edəcəklər.

Səfərdə “Həyat Sözü”, Azərbaycan Bibliya Cəmiyyəti, “Alov”, “Vineyard”, “Həyatverici lütf”, “Şərqdə ulduz”, “Yeni həyat”, Alman Udi Kilsəsi, Xilaskar Yevangelist Lüteranloarın Bakı dini icması, Bakı şəhəri Nərimanov rayonu “Yeddinci Günün Adventistləri”, Bakı şəhəri “Yevangelist Xristian Baptistlər Kilsəsi”, Bakı şəhəri Yevangelist Məsihi Baptistləri “Aqape” dini icmaları, həmçinin Azərbaycan Respublikasında Katolik Kilsəsi Həvari Prefekturası, Rus Pravoslav (Ortodoks) Kilsəsi Bakı və Azərbaycan Yeparxiyası dini qurumların üzvləri iştirak edirlər.