Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tutumu artırıldıbackend

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tutumu artırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu vaxtadək Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə 520 min ton yük daşınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu “Anadolu” agentliyinə müsahibəsində bildirib.

Bildirib ki, BTQ dəmir yolu xətti dost və qardaş ölkələr olan Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Rusiya və Çin arasında ticarətdə önəmli rola malikdir: “Bu xətt vasitəsi ilə bu günədək 5 250 konteyner içində 240 min ton ixrac malı, 5 300 konteyner içində 280 min ton idxal malı və ya Avropaya gedən tranzit yük daşınıb”.