Bakının mərkəzində ağacları kəsib səkini parkinqə çevirdilər – Fotolarbackend

Bakının mərkəzində ağacları kəsib səkini parkinqə çevirdilər – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının mərkəzində piyadalar üçün nəzərdə tutulmuş səki avtomobil dayanacağına çevrilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Qərbi Kaspi Universitetinin professoru Elçin Əliyev məlumat və fotolar paylaşıb.

E.Əliyevin paylaşdığı fotolarda Bülbül prospektində piyadalar üçün salınan geniş səkinin dağıdıldığı, ağacların kəsildığı, yerin asfaltlandığı və yolun parkinqə çevrildiyi görünür.

Sözügedən problemlə bağlı tanınmış jurnalist Qərib Azər (Azər Qəribov) də ağacların məhv edilməsini və geniş piyada yolunun dağıdılaraq parkinqə çevrilməsini kəskin tənqid edib. (yeniavaz.com)