İnqilab Keşikçiləri Korpusunun QUMAR şəbəkəsi üzə çıxdı - ŞOK

İnqilab Keşikçiləri Korpusunun QUMAR şəbəkəsi üzə çıxdı - ŞOK

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) beynəlxalq sanksiyalardan yan keçmək və milyardlarla vəsaiti gizli şəkildə transfer etmək məqsədilə nəhəng onlayn mərc sistemindən yararlandığı üzə çıxıb.

NOCOMMENT.az xəbər verir ki, "Reuters" agentliyinin apardığı təhqiqat materiallarına əsasən, Sepah illər ərzində farsdilli minlərlə qumar platformasını və Dubayda fəaliyyət göstərən kriptovalyuta birjasını pul köçürmələri üçün əsas alətə çevirib.

Araşdırmada bu gizli mexanizm vasitəsilə dövriyyəyə buraxılan vəsaitin ümumi həcminin təxminən 4 milyard dollar təşkil etdiyi vurğulanır. Qeyd olunur ki, sözügedən şəbəkə maliyyə axınlarını tənzimləmək və sanksiya rejimindən yayınmaq üçün hədfli şəkildə istismar edilib.

Sözügedən araşdırma çərçivəsində onlayn platformalarda geniş tanınan bəzi məşhur simaların da bu prosesdə adları hallanıb. Onlar arasında İranın Venesueladakı sabiq səfirinin oğlu Saşa Sobhani, eləcə də onlayn mərc resurslarının reklamı və təşviqi ilə tanınan iranlı bloqer Puyan Moxtari də yer alıblar. Saşa Sobhani daha əvvəl sosial şəbəkələrdə nümayiş etdirdiyi dəbdəbəli həyat tərzi ilə gündəmə gəlmişdi.

Sara,

NOCOMMENT.az