Bakıya qarşı 3-cü qəsd: Qərb ermənilər üçün nə hazırlayır?backend

Bakıya qarşı 3-cü qəsd: Qərb ermənilər üçün nə hazırlayır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresi Qarabağdakı separatçı rejimə pul ayırır; Avropa Parlamenti Qarabağda “erməni abidələrinin məhv edilməsi” ilə bağlı Azərbaycana qarşı qətnamə qəbul edir; “Freedom House” Qarabağı ayrıca “respublika” kimi göstərir…

NOCOMMENT xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

O bildirib ki, bölgədə sülhməramlı kontingent saxlayan Rusiya sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı, əməldə fərqli mövqe sərgilədiyi kimi, Qərb də sözdə və əməldə fərqli mövqedən çıxış edir: “İndi Bakıya qarşı təzyiq dalğasının başlanması Rusiya-Qərb qarşıdurması fonunda təsadüfi deyil və məsələ təkcə erməni diasporu/lobbisinin təsiri ilə məhdudlaşmır. Yaxın dövrdə Qərb mediası və təşkilatlarında “Qarabağda ermənilərin humanitar fəlakəti” adlı genişmiqyaslı kampaniyaya start verilsə, heç də təəccüblü olmayacaq”.