Baqdasaryan: Azərbaycan bu mövqeləri götürəndə…backend

Baqdasaryan: Azərbaycan bu mövqeləri götürəndə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlılar 2018-ci ilin mayında Dərələyəz (Yelpin) istiqamətində irəlilədikləri ərazidə məskunlaşıblar. Həmin vaxt orada Artak Davtyan korpus komandiri idi.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu “Hetk” elektron nəşrinin baş redaktoru Edik Baqdasaryan deyib.

“Neytral zonada olan azərbaycanlılar mövqelərini irəli çəkdilər və nəhəng ərazi onların nəzarətinə keçdi. Bundan bir neçə gün sonra Nikol Paşinyan Artak Davtyanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin etdi”, – deyə o bildirib.

Qeyd edək ki, Baqdasaryan məşhur Günnüt əməliyyatını xatırladıb. Həmin vaxt Azərbaycan Ordusu Naxçıvan istiqamətində Ermənistan ordusunun təxribatına qətiyyətlə cavab vermişdi.