Ermənistan Ordusunun Baş Qərargahına kimin rəhbərlik etdiyi AÇIQLANDIbackend

Ermənistan Ordusunun Baş Qərargahına kimin rəhbərlik etdiyi AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırlan Artak Davtyanı kimin əvəzlədiyi məlum olub.

Onun birinci müavini Kamo Koçunts Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin səlahiyyətlərini icra edir.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə “Jogovurd” qəzeti hərbi dairələrdəki mənbələrinə istinadən bildirib.

Baş Qərargah rəisi Artak Davtyan ötən həftə tutduğu vəzifədən azad edilib. O, istifadəyə yararsız təyyarə raketlərinin alınması işi üzrə ittiham olunur. İşin bir hissəsi kimi keçmiş müdafiə naziri David Tonoyana qarşı ittihamlar irəli sürülüb.

Davtyanın vəzifəsindən uzaqlaşdırılmasından sonra mətbuatda bu posta mümkün namizədlərin adları müzakirə olunub. Koçuntsdan başqa, deputat Arakel Martikyanın da namizədliyi müzakirə olunub.