Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuad Oktaya başsağlığı veribbackend

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuad Oktaya başsağlığı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oktaya başsağlığı məktubu ünvanlayıb.

NOCOMMENT-in məlumatına görə, məktubda deyilir: “Terror aktı nəticəsində günahsız Türkiyə vətəndaşlarının qətlə yetirilməsi xəbəri bizi son dərəcə kədərləndirdi. Biz bu amansız terror aktından olduqca hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasını zəruri hesab edirik”.

Baş nazir faciə ilə əlaqədar Fuad Oktaya dərin hüznlə başsağlığı verib.