Bələdiyyə Məclisində dava çıxdı – VİDEObackend

Bələdiyyə Məclisində dava çıxdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin İzmir Böyükşəhər Bələdiyyəsinə məxsus İzbetonun Şəhər Çevrilmə Layihəsində nasaz beton və əskik dəmirdən istifadə aşkar edildikdən sonra binanın 300 kvadratmetrlik hissəsinin sökülməsinə qərar verilib.

NOCOMMENT.az yerli mətbuata istinadla xəbər verir ki, məsələ İzmir Böyükşəhər Bələdiyyə Məclisində yenidən gündəmə gəlib. AK Partiya məclis üzvü Yusuf Demircioğlu kürsüyə çamadanla çıxıb

Demircioğlu çamadanını açaraq, “Bu qrammofon seçkinin nəticələrini eşitməyənlər üçündür. Çamadanda lupa var, onu görə bilməyənlər üçün. Soda da var, onu həzm etməyənlər üçün” sözlərindən sonra məclis salonu qarışıb.

Müzakirədən sonra gərginlik yaranıb. Məclis sədrinin müavini Mustafa Özuslu Demircioğluna sözlərini tamamlamaq üçün xəbərdarlıq edib.

Çıxışına davam etmək istəyən Dəmircioğluna CHP məclis üzvləri reaksiya verib.

Gərginlik səbəbindən iclasa fasilə verilib.

NOCOMMENT.az