“Bild”-dən diqqət çəkən Ərdoğan təhlilibackend

“Bild”-dən diqqət çəkən Ərdoğan təhlili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada müharibənin birinci ili yaxınlaşarkən Rusiya qazından asılı olan Almaniya nəşrində diqqət çəkən analiz edilib.

NOCOMMENT.az xəbər verir ki, “Bild” qəzeti Türkiyənin atdığı addımları “Putinin sanksiyalarından Ərdoğan belə faydalanır” başlığı ilə oxucularına açıqlayıb.

Avropada müharibə 11 aydır müharibə davam edərkən, Qərb Rusiyaya sanksiyalar tətbiq edir. Türkiyə isə hər iki ölkə ilə bərabər məsafədə olması ilə diqqət çəkir. Məhz bu səbəbdən Almaniya qəzeti bu məsələni analiz edərək oxucuları ilə bölüşüb.

Xəbərdə “Türkiyə Aİ-yə gedən Rusiya malları üçün bir mərkəzdir” deyə bildirilib.

Rusiyanın 2022-ci ildə Almaniyanı əvəzləyərək Türkiyənin ən böyük ticarət ortağı olduğuna dair məlumatların yer aldığı xəbərdə bu ifadəyə yer verildi;

“Türkiyə Rusiyaya maşın və avadanlıq satışında Almaniyanı geridə qoyub”.

“Türkiyə vəziyyəti bir çox cəhətdən öz xeyrinə çevirdi” adlanan xəbərdə Ərdoğanın yürütdüyü siyasətlə bağlı “Ukrayna müharibəsinin qalibi Türkiyədir” şərhinə yer verilib.

Xəbərdə bu vəziyyətin Aİ üçün “narahatlıq mənbəyi” olduğu da vurğulanıb.

NOCOMMENT.az