Biləsuvarda törədilən qətlin təfərrüatı məlum olubbackend

Biləsuvarda törədilən qətlin təfərrüatı məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar rayon sakini həmkəndlisinə başından atəş açaraq onu qətlə yetirib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, hadisə dekabrın 8-də gecə saat 3 radələrində rayonun Xırmandalı kəndindəki küçələrdən birində baş verib.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü Kazımov Cavad Eynulla oğlu həmkəndlisi, 1982-ci il təvəllüdlü Qarayev Mehtun Ramiz oğluna zəng edərək onu yaşadığı evin yaxınlığına çağırıb.

Daha sonra qısqanclıq zəmnində onun baş və oma nahiyəsinə ov silahından atəş açaraq qətlə yetirib.

Məlumata görə, onlar arasında ədavət 8 il öncə yaranıb.

Mərhum M.Qarayev qəssab kimi fəaliyyət göstərirmiş.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cavad Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.