Bitkoin 2 %-dən çox bahalaşıbbackend

Bitkoin 2 %-dən çox bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın aparıcı kriptovalyutası – bitkoin 107,92 min ABŞ dollarına kimi bahalaşıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, kriptovalyutanın qiyməti son 24 saatda 2,16 %, son 7 gündə isə 3,52 % artıb. Nəticədə bitkoinin kapitallaşması 2,145 trilyon ABŞ dollarına kimi yüksəlib.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 1,61 %, son bir həftədə isə 2,04 % artaraq 2,55 min ABŞ dolları təşkil edib.

İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər qazanan “Solana” (SOL) olub. Kriptovalyuta son bir sutkada 4,2 %, son bir həftədə isə 0,82 % bahalaşıb.

Hazırda kriptovalyuta bazarının toplam dəyəri 3,36 trilyon ABŞ dollarıdır.