Ticarət mərkəzində GÜCLÜ YANĞIN -  Qonşu ölkədə

Ticarət mərkəzində GÜCLÜ YANĞIN - Qonşu ölkədə

İranın paytaxtı Tehranda yerləşən “Erguvan Ticarət Mərkəzi”ndə yanğın baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə nəticəsində 26 nəfər xəsarət alıb.

Məlumata görə, yanğın zamanı qalxan tüstü şəhərin uzaq ərazilərindən də görünüb.

Bildirilib ki, binada olan şəxslər təxliyə edilib, yanğınsöndürənlər tərəfindən tədbir görülüb.

Qeyd edək ki, yanğının başvermə səbəbi və hadisə zamanı ölənlərin olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. /Qafqazinfo/

Bizim Telegram səhifəsinə abunə olun