BM: Qabondakı hadisələri yaxından izləməyə davam edəcəyikbackend

BM: Qabondakı hadisələri yaxından izləməyə davam edəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı Qabondakı çevrilişdən sonra baş verənləri yaxından izləməyə davam edəcəklərini bildirərək tərəfləri təmkinli davranmağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani verdiyi yazılı açıqlamada BMT-nin baş katibi Antonio Quterreşin Qabonda davam edən çevrilişi şiddətlə qınadığını və seçkilərin nəticələrinin açıqlanmasından dərin narahatlığını ifadə etdiyini bildirib.

“Biz beynəlxalq müqavilə öhdəliklərinə uyğun olaraq Qabonda insan hüquqlarının və qanunun aliliyinin tam qorunmasına və hörmət edilməsinə və bütün iştirakçıları təmkinlə hərəkət etməyə və zorakılığın bütün formalarını rədd etməyə çağırırıq. Qabondakı hadisələri yaxından izləməyə davam edəcəyik.” deyə Şamdasani qeyd edib.

NOCOMMENT.AZ