BMT: Qəzzada 50 min hamilə qadın varbackend

BMT: Qəzzada 50 min hamilə qadın var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi (UNRWA) İsrailin hücumları və blokadası altında olan Qəzza zolağında təxminən 50 min hamilə qadın olduğunu bildirib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə UNRWA sosial media hesabında paylaşım edib.

“Qəzza zolağında 50 min hamilə qadın olduğu və onlardan 180-dən çoxunun hər gün uşaq dünyaya gətirdiyi təxmin edilir”, – məlumatda deyilir.

Açıqlamada, İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 22 UNRWA sağlamlıq mərkəzinin xidmətdən çıxdığına diqqət çəkilərək, “UNRWA həkimləri doğuşdan sonrakı və yüksək riskli hamilə qadınlara qayğı göstərmək üçün əlindən gələni edir.