BMT Rusiyaya taxıl sazişi ilə bağlı konkret təkliflərlə məktub göndərdibackend

BMT Rusiyaya taxıl sazişi ilə bağlı konkret təkliflərlə məktub göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrova Qara Dəniz Taxıl Dəhlizi Sazişinin yenilənməsi üçün konkret addımlarla məktub göndərdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş BMT-nin Nyu-Yorkdakı binasında jurnalistlərə açıqlama verib.

Qara Dəniz Taxıl Təşəbbüsünün qida bazarlarına və ərzaq təhlükəsizliyinə əhəmiyyətli töhfələr verdiyini qeyd edən Quterreş, təşəbbüsün yenilənməsinin xüsusilə inkişaf etməkdə olan ölkələr üçün vacib olduğuna diqqət çəkib.

Təşəbbüslə bağlı Rusiyanın şikayət və tələblərini də nəzərdən keçirdiklərini qeyd edən Quterreş, “Rusiya xarici işlər naziri Lavrova məktub göndərərək Qara Dəniz Taxıl Təşəbbüsünün yenilənməsi üçün konkret təkliflər təqdim etdim” deyə açıqlama verib.

NOCOMMENT.AZ