BMT Sudandakı yardım missiyasını 6 ay uzatdıbackend

BMT Sudandakı yardım missiyasını 6 ay uzatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası (BMT TŞ) BMT-nin Sudanda İnteqrasiya edilmiş Keçid Dövründə Yardım Missiyasının (UNITAMS) mandatını daha 6 ay uzadıb.

NOCOMMENT.az xəbər verir ki, UNITAMS-ın mandatının uzadılması barədə qərar BMT TŞ-də yekdilliklə qəbul edilib.

Müvafiq olaraq, Sudandakı yardım missiyasının müddəti dekabrın 3-dək uzadılıb.

İyunun 2-də BMT Təhlükəsizlik Şurası beynəlxalq ictimaiyyəti UNITAMS-a tam dəstək verməklə Sudana və qonşu ölkələrə kömək etməyə çağırıb.

NOCOMMENT.AZ