Bolqarıstan Avstriya ilə Şengen mövzusunda razılığa gəldiyini bildiribbackend

Bolqarıstan Avstriya ilə Şengen mövzusunda razılığa gəldiyini bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstanın baş naziri Nikolay Denkov Avstriya ilə Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olması ilə bağlı prinsipial razılığın əldə olunduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bolqarıstan Teleqraf Agentliyi məlumat yayıb.

“Çətin danışıqlardan sonra iki ölkə Şengen zonasına qoşulmaq üçün Avstriya ilə prinsipial razılığa gəliblər”, – deyə o bildirib.

Qeyd olunur ki, birinci mərhələdə iki ölkə üçün Şengen sazişi yalnız hava və dəniz sərhədləri üçün keçərli olacaq.

Denkov qeyd edib ki, Avstriya Bolqarıstan və Rumıniyanın quru sərhədlərində yoxlamaların ləğvi ilə Şengen zonasına tam daxil olması ilə bağlı danışıqları davam etdirməyə söz verib.