Bolqarıstan parlamentindən Xocalı BƏYANNAMƏSİbackend

Bolqarıstan parlamentindən Xocalı BƏYANNAMƏSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocalı soyqırımı ilə bağlı Bolqarıstan Respublikasının Parlamentində Bəyannamə qəbul edilib.

Bu barədə NOCOMMENT.az-a Azərbaycanın Bolqarıstandakı səfirliyindən xəbər verilib.

Qeyd edilib ki, 10 mart 2022-ci il tarixində Bolqarıstan Respublikasının Xalq Məclisində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bəyannamə qəbul olunub.

Bəyannamədə Xocalı qətliamı nəticəsində qətlə yetirilmiş 613 nəfər, həmçinin mindən çox yaralanmış və itkin düşmüş şəxslərin xatirəsi ehtiramla anılır və baş vermiş kütləvi qırğın qətiyyətlə pislənilir.