Borçalıda müsəlmanların yürüşü başladıbackend

Borçalıda müsəlmanların yürüşü başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Marneulidə Məhərrəm ayının 9-cu günü münasibətilə izdihamlı “Tasua” yürüşü keçirilir.

NOCOMMENT.az xəbər verir ki, digər rayonlardan və kəndlərdən qatılan insanların iştirakı ilə Marneuli rayonunda “Ya Hüseyn”, “Ya Əbəlfəz”, “Ya Zeynəb”, “Ya Zəhra” şüarlları ilə minlərlə müsəlman “Tasua” yürüşünə başlayıb.

Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (ÜGMADİ), İmam Əli (ə.s) Xeyriyyə Fondu, Gürcüstan Əhlibeyt Cəmiyyəti həmin təşkilatın çətiri altında fəaliyyət göstərən Əhlibeyt Aşiqlər Forumu, Xanım Zeynəb Qadınlar təşkilatı və digər məscidlərin də dəstəyi ilə keçirilən yürüş Marneulidə yerləşən Əhlibeyt Cəmiyyətinin önündən başlayıb və Hz.İmam Əli (ə.s) məscidinin önündə yekunlaşacaq.

Polisin müşahidəsi ilə davam edən yürüşdən sonra müsəlmanlara ehsan paylanılacaq.