Boris Qrebenşikov İsraildə yaşamağı ilə bağlı yayılan şayiələrə cavab verdibackend

Boris Qrebenşikov İsraildə yaşamağı ilə bağlı yayılan şayiələrə cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az daily storm-a istinadən bildirir ki,”Akvarium” qrupunun yaradıcısı Boris Qrebenşikov (Rusiya Federasiyasında xarici agent kimi tanınır)  İsraildə yaşadığını təkzib edib.

Qrebenşikov qeyd edib ki,heç vaxt bu ölkədə yaşamayıb. 

Hazırda Qrebenşikov və həyat yoldaşı Londonda yaşayır. Musiqiçi bildirib ki, təsis etdiyi “Akvarium” qrupunun bəzi üzvləri Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəklədiyi üçün ayrılıb.

Boris Qrebenşikov Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Rusiyanı tərk edib. 2023-cü ilin iyununda musiqiçi xarici agentlər siyahısına daxil edilib. Ədliyyə Nazirliyi musiqiçinin “Ukraynaya maliyyə yardımı göstərmək məqsədi ilə xarici ölkələrdə konsert fəaliyyəti ilə çıxış etdiyini, Ukraynada keçirilən xüsusi hərbi əməliyyata qarşı çıxdığını və xarici mənbələrdən dəstək aldığını” bildirib.