Böyük yeddilik Ukraynaya görə toplanırbackend

Böyük yeddilik Ukraynaya görə toplanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı olub.

NOCOMMENT xəbər verir ki, bu barədə V.Zelenski tviterdə yazıb.

Telefon danışığı zamanı G7 ölkələrinin iclasında Ukrayna liderinin çıxışı barədə razılığa gəlinib:

“Mən orada Rusiyanın terror aktları barədə danışacağam”, – deyə V.Zelenski söyləyib.

V.Zelenski ilə O.Şolts, həmçinin Rusiyaya təzyiqin artırılması və Ukraynada yenidənqurma işləri barədə fikir mübadiləsi aparıblar.

V.Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında da telefon danışığı olub. Liderlər Ukraynaya hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsini, beynəlxalq ictimaiyyətin reaksiyasının zəruriliyini, həmçinin Rusiyaya qarşı təzyiqlərin artırılmasını müzakirə ediblər.

Fransa Prezidenti Ukraynaya dəstəyini xatırladıb.