Britaniya Hərbi Dəniz Qüvvələri Yəmənin Hudeyda limanı yaxınlığında gəmiyə hücum barədə məlumat alıbbackend

Britaniya Hərbi Dəniz Qüvvələri Yəmənin Hudeyda limanı yaxınlığında gəmiyə hücum barədə məlumat alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yəmənin Hudeyda limanı yaxınlığında Qırmızı dənizdə insident olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, barədə Kral Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzinə məlumat daxil olub.

Mərkəzdən verilən məlumata görə, naməlum gəmi Hudeydədən 60 dəniz mili (təxminən 111 km) şimal-qərbdə hücuma məruz qalıb.

Üç kiçik qayıq gəminin sol tərəfinə yaxınlaşıb, bundan sonra ekipajla hücum edənlər arasında atışma olub. Ekipaj üzvləri arasında xəsarət alan olmayıb.

Mərkəzin bildirişində qeyd olunur ki, “Prosperity Guardian” əməliyyatı çərçivəsində Qırmızı dənizdə naviqasiya azadlığını təmin edən beynəlxalq koalisiya qüvvələri hücuma məruz qalan gəminin köməyinə gəlib.

Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının kəskinləşməsindən sonra Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər bildirib ki, İsrail ərazisinə hücum edəcəklər. Onlar Fələstin anklavında əməliyyat dayandırılana qədər onunla əlaqəli gəmilərin Qırmızı dəniz sularından və Bab əl-Məndeb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər. Noyabrın ortalarından bəri Qırmızı dənizdə bir neçə ticarət və hərbi gəmi Husilərin nəzarətində olan ərazilərdən hücuma məruz qalıb.

“Ənsar Allah”ın hərəkətlərinə cavab olaraq, ABŞ hakimiyyəti Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiya yaradıldığını və “Prosperity Guardian” əməliyyatının hazırlandığını elan edib. Əməliyyatın iştirakçıları arasında Bəhreyn, Böyük Britaniya, İspaniya, İtaliya, Kanada, Hollandiya, Norveç, Seyşel adaları və Fransa olmalıdır.