Bu müəllimlərin maaşı artırılıbbackend

Bu müəllimlərin maaşı artırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edilib.

NOCOMMENT xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 660 manatdan 792 manata, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 595 manatdan 714 manata və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 530 manatdan 636 manata qaldırılıb.

“Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarının sxemi” yeni redaksiyada təsdiq edilib:

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarının sxemi

 

 

Sıra

№-si

 

 

Təhsili

Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla)
pedaqoji staj 3 ilədək olduqda pedaqoji staj

3 ildən

8 ilədək olduqda

pedaqoji staj

8 ildən

13 ilədək olduqda

pedaqoji staj 13

ildən 18 ilədək olduqda

pedaqoji staj 18 ildən çox olduqda
1. Ali təhsilli 552 594 624 666 714
2. Orta ixtisas təhsilli 504 534 552 588 636