Bu ölkədə yanacaq bahalaşdıbackend

Bu ölkədə yanacaq bahalaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq qiymətlərin artması ilə əlaqədar Çin benzin və dizelin pərakəndə satış qiymətlərində düzəlişlər edib.

NOCOMMENT.az xəbər verir ki, ölkənin əsas iqtisadi planlaşdırma orqanı olan Milli İnkişaf və İslahat Komissiyasının verdiyi açıqlamaya görə, sabahdan etibarən benzin və dizelin qiyməti ton üçün 55 yuan (7,55 dollar ) artacaq .

Komissiya ölkənin ən böyük istehsalçıları olan Çin Milli Neft Korporasiyası (CNPC), Çin Neft-Kimya Korporasiyası (SINOPEC), Çin Milli Xarici Neft Korporasiyası (CNOOC) və neft emalı zavodlarından neft hasilatını saxlamaq və onun paylanmasını asanlaşdırmaqla təchizatın sabitliyini təmin etmələrini xahiş edib.

Çində tətbiq edilən neftin qiyməti rejiminə əsasən, tənzimləyici qurum olan Milli İnkişaf və İslahat Komissiyası daxili bazarda neftin pərakəndə satış qiymətini hər 10 iş günündən bir beynəlxalq qiymətlərə uyğun olaraq tənzimləyir.

Neftin bir barelinin qiyməti 130 dollardan yuxarı qalxarsa və ya 40 dollardan aşağı düşərsə, müddətindən asılı olmayaraq qiymətə birbaşa müdaxilə edilir.