Bu şəxslər də gömrük daşıyıcısı ola biləcək – Yeni dəyişiklikbackend

Bu şəxslər də gömrük daşıyıcısı ola biləcək – Yeni dəyişiklik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gömrük daşıyıcısı ola biləcək şəxslərin əhatə dairəsi genişləndiriləcək.

NOCOMMENT.az xəbər verirr ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Hazırda qüvvədə olan qanunvericiliyə görə, qanunvericiliyə uyğun olaraq yaradılmış və müvafiq icra hakimiyyəti orqanından gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziya almış hüquqi şəxslər gömrük daşıyıcısı ola bilərlər.

Təklif edilən dəyişikliyə əsasən, malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında daşınmasını həyata keçirən hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər gömrük daşıyıcısı ola biləcəklər.

Müvafiq icra hakimiyyəti orqanı gömrük daşıyıcılarının siyahısını nəşr edəcək, rəsmi internet informasiya ehtiyatında yerləşdirəcək və məlumatların daimi yenilənməsini təmin edəcək.

Qanun layihəsində sözügedən məsələ ilə bağlı hazırda qüvvədə olan aşağıdakı müddəların ləğv edilməsi təklif edilir:

gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın verilməsi, eləcə də onun fəaliyyətinin dayandırılması və ləğv edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir;

gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır;

gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın fəaliyyəti dayandırıldıqda və ya lisenziya ləğv edildikdə, onun verilməsinə görə ödənilmiş dövlət rüsumu qaytarılmır./Trend.Az