Ceff Bezos yenidən dünyanın ən zəngin insanı oldubackend

Ceff Bezos yenidən dünyanın ən zəngin insanı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amazon” şirkətinin rəhbəri Ceff Bezos sərvətinin sayına görə İlon Maskı qabaqlayaraq yenidən dünyanın ən zəngin insanı olub.

NOCOMMENT xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Agentliyin qiymətləndirməsinə görə, Bezos Maskdan bir milyard ABŞ dolları məbləğində varlı olub. Hazırda “Amazon” rəhbərinin sərvəti 191 milyard ABŞ dolları təşkil edir.

Forbes” jurnalının versiyasına görə, daha əvvəl “SpaceX” və “Tesla” şirkətlərinin başçısı İlon Mask planetin ən zəngin insanlarının reytinqində birinci yeri tərk edib.

Reytinq siyahısında üçüncü yerdə “Microsoft”un banisi Bill Qeyts qərarlaşıb. Hazırda onun sərvəti 137 milyard ABŞ dolları təşkil edir.