Qarşıdan önəmli Astronomik hadisələrlə dolu 2026-cı il gəlir. Mütəxəssislər 26 fevral tarixində tam Günəş tutulmasının baş verəcəyini proqnozlaşdırırlar. Bu, Cənubi Amerika və Atlantik okeanı üzərindən keçəcək.
NOCOMMENT.az -a açıqlamasında “Astronomy Club” elmi bloqunun redaktoru Orxan Əhməd 2023-cı ilin müxtəlif ayları ilə bağlı maraqlı proqnozlar verib.
Maraqlıdır görəsən, bizi 2026-cı ildə hansı hadisələr gözləyir?
20 May — Merkurinin ən böyük elongasiyası olacaq.
Yəni Yerdən baxan müşahidəçinin adi gözlə Merkurini rahatlıqla görə bilməsi üçün uyğun vəziyyət yaranacaq.
12 Avqust — Perseid Meteor Yağışı ilin ən populyar meteor yağışlarından biri olacaq.
Ay işığının zəifliyindən müşahidəsi çox əlverişli olacaq. Romantika sevən çütlüklər üçün əla bir gecə fürsəti yaranacaq. Saatda 80–100 meteor görmək mümükün olacaq.
23 Avqust — Halqavari Günəş Tutulması baş verəcək.
Bizim yarımkürə üçün məhdud zonada görünəcək bir Günəş tutulması olacaq.
7 Sentyabr — Tam Ay Tutulması baş verəcək.
Ölkəmizdən də müşahidə edə biləcəyimiz tam Ay tutulması diskli qızılı-qırmızı “qanlı Ay” kimi görünəcək.
Beləliklə, 2026-cı ilin astroloji baxımdan olduqca maraqlı bir il olacağını söyləmək mümkündür.












