Ağdamda qazılan məzarda döyüş sursatı tapıldı

Ağdamda qazılan məzarda döyüş sursatı tapıldı

Ağdam rayonunda qəbiristanlıqda məzar yeri qazılan zaman döyüş sursatı aşkarlanıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə rayonun Qərvənd kənd qəbiristanlığında baş verib.

Kənd sakinlərindən birinin dəfni üçün qazılan qəbirdən mərmi tapılıb. Əraziyə dərhal müvafiq qurumların əməkdaşları cəlb olunublar.

Aşkarlanan sursat Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən təhlükəsiz şəkildə ərazidən götürülüb.

Məlumata görə, tapılan sursat 120 millimetrlik minaatan mərmisidir. Bildirilib ki, mərmi Birinci Qarabağ müharibəsi dövründə istifadə olunan döyüş sursatlarındandır. (Teleqraf)