Avropa Komissiyasının sədri Ursula fon der Leyen İrəvana işgüzar səfərə gəlib.
NOCOMMENT.az xəbər verir ki, onu Zvartnots hava limanında Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.
Səfər çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında görüş keçiriləcək.
Görüşdən sonra Ermənistan Baş naziri və Avropa Komissiyasının sədri bəyanatlar verəcək və media nümayəndələrinin suallarını cavablandıracaqlar.
Bir gün əvvəl Aİ rəhbəri Bakıda işgüzar səfərdə olub.











