Bakının 4 rayonunda su olmayacaq

Bakının 4 rayonunda su olmayacaq

Bakının Nərimanov, Nəsimi, Yasamal və Binəqədi rayonlarının bəzi ərazilərində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Bu barədə NOCOMMENT.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri ilə əlaqədar 03 iyul 2026-cı il tarixində günorta saatlarınadək qeyd olunan ərazilərdə suyun verilməsində fasilə yaranacaq.