Nail Kəmərlinin yeni iş yeri bəlli oldu

Nail Kəmərlinin yeni iş yeri bəlli oldu

Tanınmış bloger Nail Kəmərli Speys TV-nin efirində yeni layihə ilə çıxış etməyə hazırlaşır.

NOCOMMENT.az xəbər verir ki, o, həftəiçi beş gün yayımlanacaq "Space Patrul" verilişinin aparıcısı olacaq.

Məlumata görə, proqramda ölkədə baş verən mühüm kriminal hadisələr, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar, eləcə də gündəmin diqqət çəkən cinayət xəbərləri tamaşaçılara təqdim olunacaq./bakupost.az/