Avtomobil kanala aşdı – 2 nəfər öldü

Avtomobil kanala aşdı – 2 nəfər öldü

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kürdəmir rayonunun Şüşün kəndində hərəkətdə olan avtomobilin suvarma kanalına düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən NOCOMMENT.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində “Mitsubishi” markalı avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.