"Araz-Naxçıvan"ın kapitanı Urfan Abbasovla vidalaşıb

"Araz-Naxçıvan"ın kapitanı Urfan Abbasovla vidalaşıb

"Araz-Naxçıvan" PFK futbolçu Urfan Abbasovla başa çatan müqaviləni yeniləməyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "Araz-Naxçıvan" FK məlumat yayıb.

Bildirilib ki, klub rəhbərliyi göstərdiyi xidmətlərə görə futbolçuya təşəkkür edir, karyerasında uğurlar arzulayır.

Qeyd edək ki, "Araz-Naxçıvan" bundan əvvəl Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni anlaşma imzalamayıb.