“Azərenerji”də kondisioner qalmaqalı - “İşdə halımız pisləşir, nəfəs ala bilmirik”

“Azərenerji”də kondisioner qalmaqalı - “İşdə halımız pisləşir, nəfəs ala bilmirik”

“Azərenerji” ASC-nin idarə aparatının Həsən bəy Zərdabi küçəsində yerləşən binasında kondisionerlərin işlək vəziyyətdə olmaması işçilərə çətinlik yaradır.

Bu şikayətlə qurumun əməkdaşlar müraciət edib.

Onlar şikayətində ötən il də eyni problemlə üzləşdiklərini, isti hava şəraitində kondisioner olmadan çalışmağın mümkünsüzlüyün bildiriblər.

“Ofis şəraitindəki isti hava görə tez-tez əməkdaşların halı pisləşir. Buna görə də mütəmadi olaraq təcili tibbi yardım briqadası çağırmalı oluruq. Artıq bu mövsüm də otaq və mərtəbələrdə kondisionerlər işlək vəziyyətdə deyil. İstidən nəfəs ala bilmirik. Problem heç kimin vecinə deyil” – deyə şikayətdə bildirilir.

Məsələ ilə bağlı “Azərenerji” ASC-nin mətbuat xidmətinə sorğu göndərilsə də, növbəti iş günü bunu xatırlatsa da, qurumun mətbuat katibi Teymur Abdullayev sualı cavabsız qoyub.

Qeyd edək ki, “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayevdir./Xitab24.az/