"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini Xətai rayonunun Polad Həşimov küçəsi ilə birləşdirən 51 nömrəli, eləcə də Zabrat qəsəbəsi istiqamətində hərəkət edən 118A nömrəli marşrutlarda avtobus parkı yenilənir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, avqustun 4-dən etibarən hər iki marşrut üzrə sərnişinlərə müasir standartlara cavab verən, ekoloji cəhətdən daha təhlükəsiz CNG texnologiyalı "King Long" avtobusları xidmət göstərəcək.
Qeyd olunub ki, marşrutlarda ödənişlər yalnız nağdsız formada həyata keçirilir. Gediş haqqı isə 60 qəpik təşkil edir.











