Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər

Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər

Bakının Nərimanov rayonunda yerləşən Təbriz küçəsinin A. Nemətulla küçəsi ilə kəsişməsindən Ə. Ağaoğlu küçəsi ilə kəsişməsinədək olan hissəsində abadlıq-yenidənqurma işləri həyata keçiriləcək.

NOCOMMENT.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı elan olunan tenderin qalibi "Qrand Dizayn Konstrakşn" MMC-dir.

Bunun üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC şirkətə 22 milyon 966 min 964 manat ödəyəcək.