İran xarici işlər naziri Abbas Əraqçı Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində gəmiyə zərbə endirməsinə cavab veriləcəyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində yazıb.
"Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla söhbətlərimdə vurğuladım ki, bu addım cavabsız qalmayacaq", - Əraqçı bildirib.
Əraqçı iddia edib ki, Ukrayna ticarət gəmisinə İsrailin göstərişi ilə hücum edib və məqsəd Avropanı İranla müharibəyə cəlb etmək olub.











