Uçuq-sökük, üstü açıq quyular... Bu quyuların azı 60 ildən çox yaşı var...
NOCOMMENT.az xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahib Qədimov küçəsinin sakinləri illərdir kanalizasiya xətlərinin olmaması səbəbindən şambo tipli quyulardan istifadə edirlər. Uzun illər istismarda olan bu quyuların bir çoxu artıq istifadə müddətini başa vurub və baxımsız vəziyyətə düşüb. Bu isə ərazidə yaşanlar üçün təhlükəli hal almağa başlayıb.
Sakinlər bildirirlər ki, quyuların təhlükəli olması bir yana, onların təmizlənməsi də əlavə xərc tələb edir. Yeni quyuların qazılması isə demək olar ki, mümkünsüzdür. Çünki, küçə boyunca asfalt örtüyü çəkildiyindən yeni quyular qazmaq mümkün olmur.
Sakinlər bildirirlər ki, əraziyə yaxın küçələrdə kanalizasiya xətti mövcud olsa da, onların məhəlləsinə çəkilməyib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.












