Bank gecikən kredit borcuna görə müştəriyə zəng edib bezdirə bilər? – VACİB AÇIQLAMA

Bank gecikən kredit borcuna görə müştəriyə zəng edib bezdirə bilər? – VACİB AÇIQLAMA

Əksər hallarda banka borcu olan şəxslər ödənişi gecikdirərkən problemli kredit şöbələrinin əməkdaşları tərəfindən mütəmadi zənglər edilir. Bəzən bu zənglər o qədər davamlı xarakter alır ki, müştərinin sözün əsl mənasında canı boğazına yığılır.

Bəs görəsən, bu cür psixoloji təzyiqlərin edilməsi nə dərəcədə qanunidir?

Mövzunu NOCOMMENT.az-a iqtisadçı Kənan Quluzadə şərh edib.

İqtisadçı bildirib ki, tələb qanuna və etik davranış qaydalarına uyğun olmalıdır:

“Azərbaycanda bank və kollektor şirkətlərinin borcluya tez-tez zəng və ya mesaj göndərməklə psixoloji təzyiq göstərməsi birbaşa ayrıca qanunla tənzimlənmir. Lakin bir neçə hüquqi mexanizm mövcuddur. Mülki Məcəlləyə əsasən bank borcun ödənilməsini tələb edə bilər, amma bu tələb qanuna və etik davranış qaydalarına uyğun olmalıdır”.

“”Müştərinin hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən istehlakçıya qarşı haqsız və təzyiqedici davranış qadağandır. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq vətəndaşların hüquqlarını pozan, əsassız narahatlıq yaradan hərəkətlərə görə cərimə sanksiyaları tətbiq oluna bilər. Məsələn, şəxsi məlumatların icazəsiz istifadəsi, etik davranış qaydalarının pozulması və digər bu kimi hallara görə, inzibati məsuliyyət yaranması mümkündür”, – ekspert vurğulayıb.