Baş bankir özünə müşavir təyin etdi

Baş bankir özünə müşavir təyin etdi

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünə müşavir təyin edib.

NOCOMMENT.az xəbər verir ki, yeni müşavir Namiq Sahib oğlu Nağdəliyevdir.

Qeyd edək ki, N.Nağdəliyev 2022-2025-ci illərdə Dünya Bankının icraçı direktorunun müşaviri vəzifəsində çalışıb.

O, noyabr ayının 3-də Mərkəzi Bankın sədrinin müşaviri vəzifəsinə təyin edilib.

Yeni təyinatla AMB sədrinin müşavirlərinin sayı 6-ya çatıb.