Bu gün Azərbaycanda “Son zəng” günüdür.
NOCOMMENT.az xəbər verir ki, bu il ölkə üzrə 116 550 şagird 11-ci sinfi bitirir. Onlardan 55 min 954 nəfəri qız, 60 min 596 nəfəri oğlandır.
Cari ildə işğaldan azad edilmiş ərazilərdə yerləşən, 11-də ilk dəfə olmaqla ümumilikdə 25 ümumi təhsil müəssisəsində “Son zəng” tədbiri keçiriləcək və 171 məzun məktəblə vidalaşacaq.












