Bu xəbər minlərlə sərnişini sevindirəcək - RƏSMİ AÇIQLAMA

Bu xəbər minlərlə sərnişini sevindirəcək - RƏSMİ AÇIQLAMA

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirələr aparılır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə sorğuya cavab olaraq Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

"Verilmiş tapşırığa əsasən, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən Gürcüstan Dəmir Yolları ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr aparılır", - məlumatda qeyd edilib.

***

Bakı ilə Tbilisi arasında gündəlik sərnişin dəmiryol nəqliyyatı 6 illik fasilədən sonra mayın 26-da bərpa olunacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Administrasiyasından məlumat verilib.

Məlumata görə, qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıda keçirdiyi yüksəksəviyyəli görüşdən sonra elan edilib.

Danışıqlardan sonra İkitərəfli Koordinasiya Şurasının protokolu imzalanıb. Sənəddə, xüsusən Bakı-Tbilisi-Qars dəmiryolunun yeni hissəsinin tam şəkildə istifadəyə verilməsi nəzərdə tutulub, lakin istifadəyə verilmə tarixi ayrıca göstərilməyib.

Protokolu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvirişvili və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.

Bildirildiyi kimi, Tbilisi ilə Bakı arasında gündəlik sərnişin dəmiryol daşımaları 6 illik fasilədən sonra mayın 26-da bərpa olunacaq.\\ iqtisadiyyat.az