Prezidentin səlahiyyətli nümayəndəsi deputatı İŞDƏN ÇIXARDI – FOTO

Prezidentin səlahiyyətli nümayəndəsi deputatı İŞDƏN ÇIXARDI – FOTO

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov özünə yeni köməkçi təyin edib.

NOCOMMENT.az “Unikal”a istinadla xəbər verir ki, Ceyhun Cəlilov Ali Məclisin deputatı və səlahiyyətli nümayəndənin köməkçisi Ramiz Məmmədovu işdən çıxararaq bu vəzifəyə Səlahəddin Cəlilovu gətirib.

Fotoda Ramiz Məmmədov

Ceyhun Cəlilov özünə yeni köməkçi təyin etdi

Qeyd edək ki, Ramiz Məmmədov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbov və sabiq nümayəndə Fuad Nəcəflinin köməkçisi olub.