Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Musiqili Dram Teatrının sabiq direktoru Əliqismət Lalayevə yeni vəzifə verilib.
NOCOMMENT.az xəbər verir ki, o, Milli Məclisin Mədəniyyət Komitəsində fəaliyyətə başlayıb.
Əliqismət Lalayev bildirib ki, komitənin sədri Polad Bülbüloğlu ilə yenidən birgə çalışır. Onun sözlərinə görə, daha əvvəl 12 il Mədəniyyət Nazirliyində, həmçinin əvvəlki dövrlərdə də Polad Bülbüloğlu ilə birgə fəaliyyət göstərib.
Ə. Lalayev yeni vəzifəsində çalışmaqdan məmnun olduğunu ifadə edərək, Polad Bülbüloğlu ilə eyni komandada fəaliyyət göstərməyi böyük şərəf və qürur hesab etdiyini qeyd edib. Bakıvaxtı.az












