Ermənilər Bakıya gəldi – SƏBƏB

Ermənilər Bakıya gəldi – SƏBƏB

Ermənistanın mülki cəmiyyətini təmsil edən nümayəndələr Bakıya səfər edərək, Azərbaycanda keçirilən dəyirmi masa görüşündə iştirak ediblər. Bu səfər iki ölkə arasında dialoq və qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədini daşıyır.

NOCOMMENT.az erməni KİV-lərinə istinadən bildirilir ki, nümayəndə heyətinə İrəvan Mətbuat Klubunun sədri Boris Navasardyan, politoloqlar Areq Koçinyan, Narek Minasyan və Samvel Meliksetyan, eləcə də hüquq müdafiəçisi Naira Sultanayan daxildir.

Məlumatda qeyd olunur ki, dəyirmi masa görüşü mülki cəmiyyətin təşəbbüsü ilə keçirilir və əsas məqsəd iki ölkə arasında sülh prosesini, regionda əməkdaşlığı və qarşılıqlı anlaşmanı müzakirə etməkdir. Görüşdə həmçinin media nümayəndələrinin rolunun artırılması, insan hüquqları sahəsində əməkdaşlıq və etimad mühitinin möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq.

Erməni nümayəndə heyətinin Bakıya səfəri iki ölkə arasında son dövrlərdə artan dialoq təşəbbüslərinin bir hissəsi kimi qiymətləndirilir.

Həmçinin qeyd olunur ki, dəyirmi masa çərçivəsində tərəflər qarşılıqlı maraq doğuran məsələləri açıq müzakirə edəcək, eyni zamanda gələcək əməkdaşlıq mexanizmlərini müzakirə etməyə çalışacaqlar.

Bu səfər eyni zamanda Ermənistan və Azərbaycan arasında mülki cəmiyyət səviyyəsində dialoqun inkişafına xidmət edir və regionda sabitlik üçün əhəmiyyətli addım kimi qiymətləndirilir.

***10:57

2025-ci ilin 21 noyabr tarixində Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycan paytaxtına səfər edib.

NOCOMMENT.az xəbər verir ki, bu səfər 21–22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına səfərinə cavab olaraq həyata keçirilir.

Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri 8 avqustda Vaşinqtonda qəbul edilmiş Birgə Bəyanatdan sonra müəyyənləşdirilmiş sülh gündəliyi çərçivəsində dialoqu davam etdirirlər.